image-1backend

Bu şirkətlər dövlət nəzarətinə keçir

image-ads-728x90

Rusiyada dron hücumlarından lazımi səviyyədə qorunmayan əsas infrastruktur obyektlərinə dövlət nəzarətinin tətbiqi gündəmə gəlib.

Korrekt.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin sahibləri tərəfindən təhlükəsizlik tədbirləri kifayət qədər təmin edilməyən strateji infrastruktur obyektlərində müvəqqəti idarəetmənin yaradılmasına imkan verən fərman imzalayıb. Bu barədə “Kommersant” məlumat yayıb.

Qərarın yanacaq-energetika, rabitə, nəqliyyat və logistika obyektlərinə, o cümlədən dron hücumlarından qorunmayan müəssisələrə şamil edilə biləcəyi bildirilir.

Məlumata görə, yeni mexanizm bu sahələrdə təhlükəsizlik təhdidlərinin artması fonunda tətbiq edilir. Lakin prosedurun hansı hallarda başladılacağı, həmçinin müəssisə sahibləri ilə Rusiya Müdafiə Nazirliyinin məsuliyyət bölgüsünün necə müəyyənləşdiriləcəyi hələ də aydın deyil.

“Kommersant”ın mənbələri hesab edir ki, yeni qaydalar əsasən müstəqil emal müəssisələrinə və ayrı-ayrı özəl regional şirkətlərə tətbiq oluna bilər.

Nəşrin məlumatına görə, belə bir mexanizmin yaradılmasına səbəb region üçün sosial əhəmiyyət daşıyan bəzi müəssisələrin təhlükəsizlik tədbirlərini gücləndirmək imkanına malik olmasına baxmayaraq, bunu etməməsi ilə bağlı hallar olub. Nəticədə həmin müəssisələr infrastruktura edilən hücumlar səbəbindən fəaliyyətini dayandırıb.

Yeni qaydaların praktikada necə tətbiq ediləcəyi və hansı şirkətlərin müvəqqəti dövlət idarəçiliyinə verilə biləcəyi isə hələlik dəqiqləşdirilməyib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki