image-1backend

Bu vərdişlər xərçəngdən QORUYUR – Məşhur onkoloq AÇIQLADI

image-ads-728x90

İnsan papillomavirusu (HPV) və hepatit B daxil olmaqla kanserogen infeksiyalara qarşı peyvənd, eləcə də dərinin ultrabənövşəyi şüalanmadan qorunması xərçəngin ilkin profilaktikasında vacib amillərdir.

Korrekt.az xəbər verir ki, bu barədə TASS-a Samara Dövlət Tibb Universitetinin Onkologiya kafedrasının müdiri, Samara Vilayət Klinik Onkoloji Dispanserinin baş həkimi, NTI-nin “HealthNet” eksperti Oleq Kaqanov bildirib.

Onun sözlərinə görə, həyat tərzi və insanın öz orqanizminə şüurlu münasibəti xərçəngin birinci profilaktikasının əsasını təşkil edir.

Əsas amillər sırasında tütün məmulatlarından və alkoqoldan tam imtina, müntəzəm fiziki aktivlik, həmçinin tərəvəz, meyvə və tam taxıllı məhsullarla zəngin qidalanma xüsusi yer tutur.

“Biz məsuliyyətli yanaşmaya həmçinin kanserogen infeksiyalardan peyvənd vasitəsilə qorunmanı (HPV, hepatit B) və dərinin ultrabənövşəyi şüalardan müdafiəsini də aid edirik”, – deyə Kaqanov vurğulayıb.

Ekspert əlavə edib ki, ailə tarixçəsinin bilinməsi, orqanizmdə narahatlıq doğuran simptomlara diqqət yetirilməsi və tövsiyə olunan müayinə proqramlarında aktiv iştirak da xərçəngin erkən profilaktikasında mühüm əhəmiyyət daşıyır.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki