image-duran-aa-2474011_1backend

Burhanəddin Duran:Türkiyə NATO-nun güclü və etibarlı üzvlərindən biridir

image-ads-728x90

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya direktoru Burhanəddin Duran NATO Liderlər Zirvəsi çərçivəsində mətbuat nümayəndələri ilə keçirilən görüşdə beynəlxalq medianın rolunu yüksək qiymətləndirib.

Korrekt.az xəbər verir ki, Duran sosial media hesabında etdiyi paylaşımda bildirib ki, NATO Liderlər Zirvəsi münasibətilə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin ev sahibliyi ilə Ankara şəhərində yerli və xarici media nümayəndələri ilə görüş keçirilib.

O qeyd edib ki, geosiyasi mövqeyi, imkanları və resursları sayəsində Türkiyə NATO-nun güclü və etibarlı üzvlərindən biridir.

“Prezident Rəcəb Tayyib Ərdoğanın da vurğuladığı kimi, 1800 kilometrdən artıq sərhədi, böhran bölgələrinə yaxınlığı, güclü ordusu və inkişaf etmiş müdafiə sənayesi ilə Türkiyə 70 ildən artıqdır ki, Alyansın təhlükəsizliyinə mühüm töhfə verən aparıcı müttəfiqlərdən biridir. Eyni zamanda NATO da Türkiyənin təhlükəsizlik arxitekturasının və çəkindirmə mexanizminin ayrılmaz hissəsidir”, – deyə Duran bildirib.

Kommunikasiya direktoru vurğulayıb ki, belə mühüm beynəlxalq tədbirlərin dünya ictimaiyyətinə düzgün, şəffaf və dolğun şəkildə çatdırılmasında media nümayəndələrinin rolu xüsusi əhəmiyyət daşıyır.

“Bilirik ki, ölkələr arasındakı münasibətlər rəsmi mətnlər, zirvə görüşləri və diplomatik əlaqələr vasitəsilə formalaşır. Lakin cəmiyyətlər arasında yaxınlıq daha çox insani münasibətlər və davamlı qarşılıqlı əlaqələr sayəsində qurulur”, – deyə o əlavə edib.

Sonda Burhanəddin Duran NATO Liderlər Zirvəsini işıqlandıran bütün media nümayəndələrinə təşəkkür edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki