image-fb_img_1770657748850backend

Bursada Azərbaycan–Türkiyə arasında turizm üzrə görüşlər keçirilib – FOTOLAR 

image-ads-728x90

Travelshop Turkey şirkətinin dəvəti ilə Türkiyədə səfərdə olan Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) və SKAL International Baku Club-un üzvlərinin iştirakı ilə Türkiyənin Bursa şəhərində B2B formatlı görüşlər baş tutub.

Tədbir Merinos Atatürk Konqres və Mədəniyyət Mərkəzində, Bursa Böyükşəhər Bələdiyyəsinin və Bursa Kültür, Turizm və Tanıtma Birliyinin dəstəyi və təşkilatçılığı ilə keçirilib.

B2B görüşlərdə Bursa şəhərindən olan səyahət agentlikləri, otel nümayəndələri və tibbi turizm sahəsində fəaliyyət göstərən xəstəxanalar iştirak ediblər.

Görüşlər zamanı tərəflər arasında qarşılıqlı əməkdaşlıq imkanları, turizm, xüsusilə sağlamlıq və termal turizm sahəsində mövcud perspektivlər ətrafında geniş müzakirələr aparılıb.

Müzakirələrdə Azərbaycan ilə Türkiyə arasında turizm əlaqələrinin daha da gücləndirilməsi, sağlamlıq və termal turizm istiqamətində yeni tərəfdaşlıqların qurulması, həmçinin qarşılıqlı turist axınının artırılması məsələləri ön plana çıxıb.

Tədbir iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Qeyd olunub ki, bu cür B2B platformalar regional və beynəlxalq səviyyədə turizm əməkdaşlıqlarının inkişafında mühüm rol oynayır və yeni işgüzar əlaqələrin qurulmasına geniş imkanlar yaradır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki