Fransanın Vinjen-sür-Moder kommunasındakı Lalik zərgərlik muzeyində irimqyaslı oğurluq hadisəsi baş verib. Oğurlanmış zərgərlik əşyalarının dəyəri təxminən 4 milyon avro qiymətləndirilir.
Korrekt.az xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti xəbər yayıb.
Qəzetin məlumatına görə, cinayətkarlar təxminən 20 zərgərlik məmulatı oğurlayıblar.
Soyğunçuluq yerli vaxtla səhər saat 5:30 radələrində baş verib. Binaya girən cinayətkarlar dərhal zərgərlik zalına gediblər. Siqnalın işə salınmasına baxmayaraq, onları tutmaq mümkün olmayıb. Mühafizə şirkəti siqnalın səbəbini araşdırarkən əvvəlcə xadimə gəlib və polisə zəng edib.
Qeyd olunur ki, 2025-ci ilin oktyabrında Luvrda soyğunçuluqdan sonra Lalik Muzeyi həssas yerlər siyahısına salınıb və xüsusi nəzarət altına alınıb.
2011-ci ildə fransız rəssam və zərgər Rene Lalikin fabrikinin yanında açılan muzey onun işinə həsr olunub. Kolleksiyada 650-dən çox eksponat var.
Verilən məlumata görə hadisəni Gürcüstan vətəndaşlarından ibarət cinayətkar qrup üzvləri ediblər. Oğurluqda şübhəli bilinən biri qadın olmaqla 4 nəfərin axtarışına başlayıb. Adları polisə məlum olan 2 nəfəri azərbaycanlı, iki nəfəri gürcü olan Gürcüstan vətəndaşları bütün Avropada axtarışa verilib.





















