Azərbaycanda səfərdə olan İran xarici işlər nazirinin müavini Vəhid Cəlalzadə jurnalistlərə bildirib ki, əgər İrana hücum edilərsə, müharibə ölkənin milli sərhədlərindən kənara çıxacaq.
Korrekt.az xəbər verir ki, o, qeyd edib ki, “bölgədəki bəzi ölkələr bunu başa düşür və ABŞ rəhbərliyini bu təhlükə barədə xəbərdar ediblər”.
Onun sözlərinə görə, bu amil müharibənin başlama riskini azaltmağa kömək edir.
Bundan əlavə, Cəlalzadə qeyd edib ki, Tehran Azərbaycan və Ermənistan arasında ticarət və iqtisadi əlaqələri dəstəkləyir: “Biz Cənubi Qafqazda sülh və təhlükəsizliyə dəstək veririk”.





















