Korrekt.az xəbər verir ki, “Azərbaycan uşaqları” İctimai Birliyinin sədri bildirib:
“Bizə müraciət edib deyirlər ki, filan uşağı övladlığa götürmək istəyirik. Onlara izah edirik ki, uşaqların övladlığa verilməsi bizim səlahiyyətimizdə deyil.
Sonra başlayırlar şərtlər irəli sürməyə: gözünün rəngi belə olsun, oğlan olsun və ya qız olsun, mütləq mənə oxşasın və s. Təbii ki, belə bir seçim etmək mümkün deyil.
Müəyyən yaş kateqoriyasından olanlar isə görün nə istəyir. Deyirlər,18 yaşı tamam olmuş qəşəng qızlarınız var, mənim qardaşım xüsusi qayğıya ehtiyacı olan adamdır, əlilliyi var. Bir tərəfdən də həmin qızların istəyirlər ki, ailə modelinin içində başqa məqsədlər üçün istifadə etsinlər. Biz deyirik ki, ailə modelini formalaşdıraq, amma belə situasiyalarla da qarşılaşırıq”.





















