image-robertbackend

Dövlət Təhlükəsizlik xidməti Robik Köçəryanı həbs etdi

image-ads-728x90

Bu gün səhər tezdən Robert Köçəryanı Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX )əməkdaşları həbs edib. Təfərrüatlar hələlik məlum deyil.

Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsində saxlanılır.

Bundan başqa, xəbər verilir ki, MTX əməkdaşları səhər tezdən Robikin oğlu Levon Köçəryanın evinə gəliblər.

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Levon Köçəryanın evində axtarış aparıldığı barədə məlumatları təsdiqləyib.

Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sözçüsü Marina Ohancanyan bildirib ki, “ER Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən korrupsiya ilə bağlı işlər üzrə aparılan cinayət istintaqının bir hissəsi olaraq, onlarla ünvanda axtarışlar və digər prosedur tədbirləri həyata keçirilir”.

Komitə qeyd edib ki, lazım gəldikdə əlavə məlumat veriləcək.

Son məlumata görə Köçəryanın böyük oğlu Sedrak Köçəryan da Antikorrupsiya Komitəsinə aparılıb.

Bu barədə Ermənistan KİV məlumat yayıb.

Bildirilib ki, hazırda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Robert Köçəryanın evindədirlər və hüquq-mühafizə orqanları evdə axtarışları davam etdirirlər.

Ermənistan medisında yayılan məlumatlara görə, İstintaq Komitəsinin əməkdaşları Köçəryan ailəsinə məxsus “Orange Fitness”-ə və “Play City” əyləncə mərkəzinə daxil olublar.

Maskalı əməkdaşlar müştəriləri idman zalından və üzgüçülük hovuzundan çıxarıblar.

Xəbər verilir ki, bu müəssisələrin direktorlarının mənzillərində axtarış gedir.

Köçəryan aid İrəvandakı “Toyota” dilerində də axtarışlar barədə məlumatlar var.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki