image-1backend

Dünya şöhrətli həkim Kıbrıs Azərbaycan Evinin qonağı olub

image-ads-728x90

Məşhur iş adamı, Tibbi estetika üzrə tanınmış mütəxəssis, həkim Dr. Mehmet Ali Ünal Kıbrıs Azərbaycan Evinin qonağı olub. Görüş Kıbrıs Azərbaycan Evinin təşəbbüsü və European University of Lefkenin dəstəyi ilə təşkil edilib.

1987-ci ildə Cerrahpaşa Tibb Fakültəsini bitirən Dr. Mehmet Ali Ünal müxtəlif sahələrdə və vəzifələrdə çalışıb. Daha sonra özəl klinikalar və tibb mərkəzləri yaradaraq fəaliyyətini genişləndirib. O, 2002-ci ildən etibarən sertifikatlı tibbi estetika həkimi kimi çalışır. Bu müddət ərzində bir sıra spa və gözəllik klinikalarına rəhbərlik edib, həmçinin İlk Yardım Təlim Mərkəzi və Əməyin Mühafizəsi və Təhlükəsizliyi Mərkəzini yaradıb.

2017-ci ildən etibarən Dr. Mehmet Ali Ünal öz klinikasında fəaliyyətini davam etdirir. O, eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olur və Əməyin Təbabəti ilə Tibbi Estetika sahələri üzrə təlimlər keçir.

Görüş zamanı turizm sahəsində beynəlxalq əməkdaşlıq məsələləri, xüsusilə sağlamlıq və termal turizmin inkişafı, eləcə də təhsil və təlim proqramları istiqamətində fikir mübadiləsi aparılıb. Bununla yanaşı, Azərbaycan və Türkiyə arasında turizm sahəsində yeni layihələrin həyata keçirilməsi imkanları da müzakirə edilib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki