image-1backend

Əhməd əş-Şəraa:”Suriya buna   hazırdır”

image-ads-728x90

Suriya Prezidenti Əhməd əş-Şəraa Dubayda fəaliyyət göstərən “Əl-Məşhəd” televiziya kanalına verdiyi müsahibədə regional proseslər və ABŞ Prezidenti Donald Trampla apardığı müzakirələr barədə mühüm açıqlamalar verib. Əhməd əş-Şəraa ABŞ rəhbərinin bəyanatlarının ictimaiyyət tərəfindən yanlış anlaşıldığını bildirərək Trampın əslində Livandakı müharibəyə görə narahat olduğunu və Suriyanın Livanla koordinasiyalı şəkildə böhranın nizamlanmasında müsbət rol oynaya biləcəyini qeyd etdiyini diqqətə çatdırıb. Suriyanın Livan böhranının həllinə fəal töhfə verməyə hazır olduğunu vurğulayan Suriya Prezidenti əvvəlki rejimin devrilməsindən sonra regionda tamamilə yeni imkanların yarandığını ifadə edib. O, bəzi Livan siyasi dairələrinin hələ də köhnə dövrün təfəkkürü ilə hərəkət etdiyini qeyd edib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki