image-1backend

Əliyar Ağayev aşağı liqaya göndərildi

image-ads-728x90

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Turan Tovuz” – “Zirə” (0:2) matçında verdiyi qərarlarla gündəmə gələn və buna görə cəzaya məruz qalan matçın baş hakimi Əliyar Ağayev bir ay sonra təyinat alıb.

O, bu dəfə Əvəzedicilər liqasında matç idarə edəcək.

Belə ki, təcrübəli referi mayın 8-də “Zirə-2” – “Sumqayıt-2” arasında keçiriləcək matçın baş hakimi olacaq.

Qeyd edək ki, həmin kubok matçından sonra Əliyar Ağayev Premyer Liqa matçlarına təyinat almır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki