image-1backend

Çempionlar Liqasında TARİXİ İLK: Arda Turan və Əmrə Belözoğlu rəqib olacaq

image-ads-728x90

UEFA Çempionlar Liqasında ilk dəfə iki türkiyəli baş məşqçi bir-birinə rəqib olacaq.

Korrekt.az xəbər verir ki, turnirin beşinci turu çərçivəsində noyabrın 25-də keçiriləcək “Şaxtyor Donetsk” – “Fənərbaxça” qarşılaşması bu baxımdan əlamətdar olacaq.

Belə ki, Ukrayna təmsilçisi “Şaxtyor Donetsk”ə Arda Turan, İstanbul klubuna isə Əmrə Belözoğlu rəhbərlik edir. Bununla da hər iki mütəxəssis Çempionlar Liqasında ilk dəfə rəqib baş məşqçilər kimi üz-üzə gələcək.

Qarşılaşma noyabrın 25-də, Türkiyə vaxtı ilə saat 23:00-da Londondakı “Stemford Bric” stadionunda keçiriləcək.

Arda Turan və Əmrə Belözoğlu futbolçu karyeraları ərzində uzun illər Türkiyə milli komandasının heyətində birlikdə çıxış ediblər. Arda 2006–2017-ci illərdə, Əmrə isə 2000–2019-cu illərdə milli formanı geyinib. Hər iki futbolçu 2008-ci ildə Avropa çempionatının yarımfinalına yüksələn Türkiyə millisinin heyətində yer alıb.

Onların yolları 2012-ci ildə İspaniyanın “Atletiko Madrid” klubunda da kəsişib. Həmin ilin yayında “Fənərbaxça”dan Madrid təmsilçisinə transfer olunan Əmrə artıq komandada çıxış edən Arda Turanla birgə oynayıb.

İki futbolçunun birlikdə qazandığı ən mühüm uğurlardan biri 2012-ci il avqustun 31-də UEFA Superkubokunun finalında “Çelsi” üzərində 4:1 hesablı qələbə olub. Qarşılaşmadan sonra Arda Turan və Əmrə Belözoğlu meydanda Türkiyə bayrağı ilə dövrə vurublar.

İspaniya mətbuatı həmin dövrdə iki futbolçunu “Türk qardaşları” adlandırıb.

Əmrə Belözoğlunun “Atletiko Madrid”dəki karyerası uzun sürməyib. O, 2013-cü ilin yanvarında yenidən “Fənərbaxça”ya qayıdıb.

Beləliklə, vaxtilə milli komandada və İspaniya klubunda çiyin-çiyinə mübarizə aparan iki futbolçu bu dəfə məşqçi kimi Çempionlar Liqasının meydanında rəqib olacaq.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki