image-komobackend

Çempionlar Liqasında sensasiyalı nəticələr: “Komo”dan 9 qol, “Napoli”dən ağır məğlubiyyət

image-ads-728x90

UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün Liqa mərhələsinin IV turunun ikinci oyun günü başa çatıb.

Korrekt.az xəbər verir ki, gün ərzində 9 qarşılaşma keçirilib və bir sıra maraqlı nəticələr qeydə alınıb.

Gecənin ən diqqətçəkən nəticəsi İtaliyanın “Komo” klubunun Fransada “Lans”ı 9:1 hesabı ilə darmadağın etməsi olub. “Napoli” isə səfərdə “Portu”ya 1:4 hesabı ilə məğlub olub.

Türkiyənin “Fənərbağça” klubu İngiltərə təmsilçisi “Liverpul” üzərində 3:2 hesablı qələbə qazanıb. “Real Madrid” Yunanıstanda AEK-i 3:2, “Mançester Siti” isə səfərdə “Leypsiq”i 3:2 hesabı ilə məğlub edib.

Azərbaycan təmsilçisi “Sabah” da turun ikinci oyun günündə meydana çıxıb. Komanda Norveçdə “Vikinq”ə 1:4 hesabı ilə uduzub.

Çempionlar Liqasında günün digər nəticələri:

– AEK (Yunanıstan) – “Real Madrid” (İspaniya) – 2:3
– “Fənərbağça” (Türkiyə) – “Liverpul” (İngiltərə) – 3:2
– “Borussiya” (Almaniya) – “Real Betis” (İspaniya) – 2:1
– “Portu” (Portuqaliya) – “Napoli” (İtaliya) – 4:1
– PSV (Niderland) – “Brügge” (Belçika) – 1:2
– “Leypsiq” (Almaniya) – “Mançester Siti” (İngiltərə) – 2:3
– “Lans” (Fransa) – “Komo” (İtaliya) – 1:9
– “Slaviya” (Çexiya) – “Arsenal” (İngiltərə) – 1:2
– “Vikinq” (Norveç) – “Sabah” (Azərbaycan) – 4:1



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki