Amerikalı milyarder Elon Musk, keçmiş ABŞ Prezidenti Donald Trampın “Sülh Şurası” yaratmaq planlarını kinayəli bir zarafatla lağa qoyub. Mask, bu açıqlamasını Davosda keçirilən Dünya İqtisadi Forumunda edib.
Korrekt.az xəbər verir ki, Davosda qlobal təhdidlər və bəşəriyyətin digər planetlərdə koloniyalar yaratmaq ehtiyacını müzakirə edərkən, Elon Musk, tamaşaçılardakı gərginliyi azaltmaq məqsədilə zarafat edib. O, ingilis dilində “peace” (sülh) və “piece” (parça) sözlərinin ahənginə əsaslanaraq söz oyunu edib və Trampın Sülh Şurası ilə bağlı söylədiklərini kinayə ilə şərh edib:
“Sülh sammitinin təşkilini eşitdim. Düşünürəm ki, bu, elə həmin ‘PARÇA’ kimi idi? Bilirsiniz, Qrenlandiyanın kiçik bir parçası, Venesuelanın kiçik bir parçası. Biz sadəcə sülh istəyirik.”
Bu zarafat tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb və gülüşlərə səbəb olub.
Davosda keçirilən Dünya İqtisadi Forumunda Donald Tramp, 20-dən çox ölkənin qoşulduğu yeni bir beynəlxalq təşəbbüs olan “Sülh Şurası”nın yaradıldığını elan edib. Tramp, bu yeni qurumun BMT ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərəcəyini, Qəzzanın silahsızlaşdırılması və yenidən qurulması, həmçinin qlobal təhlükəsizliyin təmin edilməsi kimi təşəbbüsləri həyata keçirməli olduğunu bildirib.
Bu, Trampın xarici siyasətinin daha aqressiv bir mərhələyə keçdiyi bir dönəmdə baş verib. Son zamanlar Tramp, Venesuela diktatoru Nikolas Maduronun qaçırılmasından və “Venesuelanı idarə etmək” niyyətindən tutmuş, Qrenlandiyanın Danimarkaya verilməsi tələblərinə qədər bir sıra mübahisəli addımlar atıb.
Elon Muskın zarafatı isə, Trampın bəzən mübahisəli xarici siyasət yanaşmalarına qarşı ortaya çıxan ironiya və tənqidlərin bir hissəsi kimi qiymətləndirilir.





















