İranın xarici işlər naziri Abbas Əraqçı məlumat verib ki, neft və neft-kimya məhsullarının ixracına qoyulan sanksiyalar dayandırılıb və dəniz blokadası aradan qaldırılıb.
Korrekt.az xəbər verir ki, bundan əlavə, Əraqçı dondurulmuş bəzi aktivlərin sərbəst buraxıldığını və İranın böyük yenidənqurma və iqtisadi inkişaf planının icrasına başlandığını bəyan edib. İranın xarici işlər naziri, eləcə də Pakistan və Qətərin vasitəçiliyinə görə minnətdarlığını bildirərək yazb ki, bu danışıqlar “Livandakı müharibəyə son qoyulması istiqamətində böyük irəliləyişlərə səbəb olub”.





















