Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim AK Partiyanın parlament qrup toplantısında çıxış edərək həm daxili, həm də beynəlxalq gündəmlə bağlı mühüm açıqlamalar verib.
Korrekt.az xəbər verir ki, Ərdoğan bildirib ki, Türkiyə güclü dövlətdir və heç bir qüvvə ölkəyə təzyiq göstərə bilməz:
“Heç bir güc Türkiyəyə və Türkiyə Respublikasının Prezidentinə barmaq yelləyə bilməz. Bizimlə təhdid dilində danışa bilməz”.





















