Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampa zəng vurub.Danışıq zamanı Prezident Ərdoğan Vaşinqtonda Ağ Ev müxbirlərinin şam yeməyi zamanı baş verən hücum cəhdi ilə bağlı Prezident Trampa başsağlığı verib. Korrekt.az xəbər verir ki, Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin yaydığı açıqlamada bildirilib.
Ərdoğan hadisəni demokratiya və mətbuat azadlığına qarşı törədilmiş iyrənc bir hərəkət kimi qiymətləndirib. O, həmçinin hücum zamanı yaralanan təhlükəsizlik əməkdaşına tezliklə şəfa diləyib.
Görüş zamanı tərəflər hadisənin təfərrüatları və ümumi təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.





















