image-vueypsmhp0cvc7zgbackend

Ərdoğanın çıxışı Netenyahunu qorxuya salıb – “The Times of Israel” nəşri

image-ads-728x90

İsrail hökuməti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsraillə bağlı son bəyanatlarını ciddi qiymətləndirir və bu məsələni ABŞ administrasiyasının diqqətinə çatdırmağı planlaşdırır.

Korrekt.az “The Times of Israel” nəşrinə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu Nazirlər Kabinetinin iclasında çıxışı zamanı bildirib.

Netanyahu qeyd edib ki, Ərdoğan demək olar ki, hər gün İsrail bağlı açıqlamalar verir və bu bəyanatları görməzlikdən gəlmək mümkün deyil.
“Tariximiz bizə öyrədib ki, əgər kimsə sizi məhv etmək niyyətindən danışırsa, onun sözlərini ciddi qəbul etmək lazımdır”, – deyə İsrailin baş naziri vurğulayıb.

O əlavə edib ki, İsrail Türkiyə prezidentinin açıqlamaları ilə bağlı ABŞ rəhbərliyini məlumatlandırmaq niyyətindədir.

Nəşr yazır ki, son dövrlərdə Türkiyə rəsmilərinin İsrail bağlı bəyanatları artıb.
“The Times of Israel” həmçinin xatırladıb ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Ərdoğan haqqında müsbət fikirlər səsləndirib. Nəşrin iddiasına görə, bu bəyanatlar Netenyahunu qorxuya salıb.

“Netanyahu Türkiyə rəsmilərinin bu bəyanatlarından qorxuya düşüb. Məhz buna görə Netenyahu Trampla danışmaq qərarına gəlib”- deyə nəşr qeyd edib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki