image-1backend

“Ermənistanda çaxnaşma gözləniləndir”- Politoloq

image-ads-728x90

“Ermənistanda seçkilər öncəsi siyasi vəziyyət olduqca gərgindir. Baş nazir Nikol Paşinyan ilə radikal müxalifət arasında qarşıdurma getdikcə daha da dərinləşir.  Rusiyaya yaxın siyasi qüvvələr Paşinyanın hakimiyyətdə qalmasını istəmir və onun mövqelərini zəiflətməyə çalışırlar.”– bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

Arzuman Muradlı hesab edir ki, Paşinyan növbəti seçkilərdə yenidən qalib gələ bilər. Lakin o, əvvəlki seçkilərlə müqayisədə daha zəif nəticə əldə edə bilər.

Politoloq qeyd edir ki, Ermənistan cəmiyyətində əsas bölünmə artıq ideoloji yox, siyasi xətt üzrə formalaşıb.

“Bir tərəfdə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasını, sülh müqaviləsinin imzalanmasını və regionda sabitliyin yaranmasını istəyən qüvvələr dayanır. Digər tərəfdə isə revizionist və radikal mövqedən çıxış edən siyasi dairələr yer alır. Paşinyan hakimiyyəti Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına çalışır, Ermənistan konstitusiyasında dəyişikliklərin edilməsini və sülh sazişinin imzalanmasını gündəmdə saxlayır. Eyni zamanda rəsmi İrəvanın Rusiyadan siyasi və iqtisadi asılılığı azaltmağa çalışdığı vurğulanır.”- deyə Arzuman Muradlı bildirib.

Arzuman Muradlı hesab edir ki,  Moskva Ermənistan siyasətinə təsir göstərməyə çalışır və Paşinyana qarşı informasiya, həmçinin siyasi təzyiq kampaniyaları aparır.

Politoloq hesab edir ki, Vladimir Putin rəhbərliyindəki Kremlin Cənubi Qafqazdakı təsir imkanları zəifləyir.

Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan artıq daha müstəqil xarici siyasət yürüdür, Ermənistanın da tədricən eyni istiqamətə yönəlməsi mümkündür.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki