image-1backend

Ermənistanda hərbi hissədə əsgərin cəsədi tapılıb

image-ads-728x90

Ermənistan ordusunda daha bir hərbçinin ölümü qeydə alınıb.

Korrekt.az “Hraparak”a istinadən xəbər verir ki, hadisə avqustun 24-də Sisiandakı hərbi hissələrdən birində baş verib. Hərbi hissənin ərazisində müqaviləli hərbçinin cəsədi aşkarlanıb.

İlkin məlumata əsasən, əsgərin intihar etdiyi ehtimal olunur. Lakin onun ölümünün dəqiq səbəbləri hələlik məlum deyil.

Hadisə ilə bağlı Ermənistan Müdafiə Nazirliyi tərəfindən rəsmi açıqlama verilməyib.

Ermənistanın istintaq sistemindəki mənbə hərbçinin ölüm faktını təsdiqləyib. Hazırda hadisənin səbəbləri və digər təfərrüatlarla bağlı araşdırma aparılır.

“Hraparak” Müdafiə Nazirliyinin sözçüsü Aram Torosyanla əlaqə saxlamağa çalışsa da, onun telefon zənglərinə cavab vermədiyini bildirib.

Hadisənin hansı şəraitdə baş verdiyi və hərbçinin ölüm səbəbinin istintaq nəticəsində müəyyənləşdiriləcəyi gözlənilir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki