image-1backend

Ermənistanda ölüm təhdidləri, həbslər – Çevriliş SSENARİSİ

image-ads-728x90

Ermənistanda iyunun 7-nə təyin edilmiş parlament seçkilərinə 20 gündən az vaxt qaldığı bir vaxtda ölkədə daxili siyasi gərginlik pik həddə çatıb və siyasi arenasındakı ritorika normal fəaliyyət hüdudlarını aşaraq birbaşa təhdid, təhqir və cinayət xarakterli ittihamlar müstəvisinə keçib.

Ermənistanın baş naziri Nikol Paşinyanın keçirdiyi seçki təşviqatı görüşləri ciddi qalmaqallarla yadda qalır. İrəvanın Ərəbkir rayonunda itkin düşmüş hərbçi bacısının “Sənin ucbatından vətəni və qardaşımı itirdim” ittihamına Paşinyan, “Şükür elə ki, səni yaxınlıqdakı tualetdə başından vurmurlar” ifadəsi ilə cavab verib və bu sözlər yerli mediada böyük rezonans doğurub.

Bir neçə dəqiqə sonra isə özünü “Arsax İnqilab Partiyasının rəhbəri” adlandıran Artur Osipyanın ATƏT-in Minsk qrupu ilə bağlı tənqidlərinə baş nazir mikrofonla kəskin reaksiya verərək “Rədd ol buradan, ambal! Qarabağın saxta elitası rədd olsun, gedib oğullarımızın yerinə öləydiniz. Niyə sağsan, heyvan?” deyə qışqırıb və Osipyan dərhal polis tərəfindən saxlanılıb. Paşinyan həmçinin əsas seçki rəqibləri olan sabiq prezidentlər Robert Köçəryan, Serj Sarksyan və “Güclü Ermənistan” partiyasının lideri, “Kaluqa oliqarxı” kimi tanınan Samvel Karapetyanı da hədəf alaraq “Mən Robu, Serji və kaluqalını əyəcəyəm, Robu isə həbsxanaya salacağam” bəyanatını verib.

Paralel olaraq, hakimiyyətə qarşı təhdidlər də kəskinləşib və sosial şəbəkələrdə maskalı və silahlı bir qrup şəxsin Qarabağ dialektində Paşinyanı ölümlə hədələdiyi video yayılıb ki, bununla bağlı Ermənistan İstintaq Komitəsi qrup şəklində qəsdən adam öldürməyə cəhd və qanunsuz silah dövriyyəsi maddələri ilə cinayət işi açıb, parlamentin spikeri Alen Simonyan isə videodakı şəxsləri “Qarabağ klanının köpəkləri” adlandırıb.

Eyni zamanda, Şenqavit rayonunda Paşinyanın üzünə “Nikol – xaindir” qışqıran bloger Artak Avetisyan nifrət yayma ittihamı ilə 1 ay müddətinə həbs edilib, Paşinyan isə onun “hallüsinogen göbələklər qəbul etdiyini” iddia edən və hazırda ev dustaqlığında olan Samvel Karapetyanı məhkəməyə verib. Digər tərəfdən, yerli mətbuatda hakim partiya üzvlərinin Şenqavitdə 16 yaşlı yeniyetməyə hücum etdiyi iddiaları yayılıb və Nubaraşen psixiatriya xəstəxanasında seçki afişasını cırdığı üçün saxlanılan bir şəxsin intihar etdiyi bildirilir.

Ekspertlərin fikrincə, Ermənistanda 107 yerlik parlament uğrunda gedən bu mübarizədə hər iki tərəf üçün stavkalar olduqca yüksəkdir, çünki hazırda konstitusion çoxluğa malik olan hakim “Mülki Müqavilə” partiyası öz mövqeyini qorumağa, kilsə xadimlərinin üçdə birinin cinayət təqibinə məruz qaldığı müxalifət və Köçəryan-Karapetyan cinahı isə revanş almağa çalışır. Bu dərəcədə gərgin və hüquqi hədlərin tamamilə itdiyi seçkiqabağı mühit Ermənistan daxili siyasətinin görünməmiş bir eskalasiya dövrünə qədəm qoyduğunu nümayiş etdirir və bu qarşıdurmanın seçki günü və ondan sonra da davam edəcəyi istisna edilmir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki