image-1bshzztrwiwj3mml-1backend

Financial Timesdən sensasion iddia : Rusiyanın neft obyektlərinin koordinatlarını ABŞ verir

image-ads-728x90

ABŞ Ukraynanın Rusiyanın neft infrastrukturu obyektlərinə pilotsuz uçuş aparatları ilə zərbələr endirməsi üçün kəşfiyyat dəstəyi göstərib.

Korrekt.az xəbər verir ki, bu barədə Financial Times qəzeti Ukraynanın yüksək vəzifəli rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ kəşfiyyatı Ukraynaya dronların Rusiyadakı hədəflərə çatması üçün ən əlverişli marşrutların  müəyyənləşdirilməsində, eləcə də Rusiya hava hücumundan müdafiə sistemlərinin aşılmasında yardım edib.

Nəşrin təhlilində bildirilir ki, Ukraynanın Rusiyanın enerji infrastrukturuna qarşı həyata keçirdiyi genişmiqyaslı dron hücumları ölkədə son onilliklərin ən ciddi yanacaq böhranlarından birinə səbəb olub.

Forbes jurnalının yaydığı məlumata əsasən, Polşanın Rochan Consulting analitik qrupunun hesablamalarına görə, may ayında Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın neft emalı zavodlarına uğurlu hücumlarının sayı 16-ya çatıb ki, bu da aylıq rekord göstəricidir.
Qeyd olunur ki, 2026-cı ilin əvvəlindən etibarən Rusiyanın neft emalı zavodlarına ən azı 194 zərbə endirilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11 dəfə çoxdur.

Financial Times yazır ki, 2026-cı ildə Kiyev və Moskva arasında uzaqmənzilli raket və pilotsuz uçuş aparatları ilə həyata keçirilən qarşılıqlı hücumların intensivliyi 2022-ci ilin fevralından bəri ən yüksək səviyyəyə çatıb.
Rusiya Müdafiə Nazirliyi Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının böyük hissəsinin zərərsizləşdirildiyini iddia etsə də, nəşrin məlumatına görə, hücumların sayının artması strateji enerji infrastrukturu obyektlərinə dəyən zərbələrin də çoxalmasına gətirib çıxarıb.

Qəzetin qeydinə əsasən, yaranmış vəziyyət fonunda Rusiyanın regionlarının yarıdan çoxu yanacaq satışına ciddi məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki