image-1backend

Finlandiya öz ərazisində Amerika nüvə silahlarını yerləşdirir- Bild

image-ads-728x90

Finlandiya öz ərazisində Amerika nüvə silahlarını yerləşdirməyə hazırdır. Korrekt.az xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb.

Bu qərar NATO daxilində milli müdafiə və ya hərbi əməkdaşlığa xidmət etməlidir. Planlaşdırılan dəyişikliklər parlamentdə təsdiqləndikdən sonra mümkün qədər tez qüvvəyə minməlidir.

Martın əvvəlində hökumət nüvə silahlarına qoyulan mövcud qadağanı yenidən nəzərdən keçirmək niyyətində olduğunu açıqlamışdı. Müdafiə Nazirliyi Finlandiyanın NATO-dakı rolunu yerinə yetirə bilməsi üçün aradan qaldırılmalı olan “hüquqi maneələrdən” danışmışdı.

Qeyd etmək lazımdır ki, 2021-ci ildə Finlandiya ABŞ-dan 64 ədəd F-35A qırıcı təyyarəsi almaq qərarına gəlmişdi. Bu təyyarələr həmçinin nüvə silahlarından istifadə etmək üçün nəzərdə tutulub. Əgər söhbət həqiqətən də onların ölkədə yerləşdirilməsindən gedirsə, Finlandiya Hərbi Hava Qüvvələrindəki F-35-lər onların NATO üçün əhəmiyyətini xeyli artıracaq.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki