image-defaultbackend

General Qaani: Əsas diqqət Hizbullaha dəstəyə yönəlib

image-ads-728x90

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandanı general Esmail Qaani Hizbullaha və bölgədəki digər müttəfiq qüvvələrə dəstəyin davam etdiyini bildirib.

Korrekt.az xəbər verir ki, bu barədə “Pars Today” məlumat yayıb.

General Qaani sosial şəbəkə hesabında paylaşım edərək qeyd edib ki, müqavimət cəbhəsində birlik və həmrəylik əvvəlkindən daha güclüdür. Onun sözlərinə görə, hazırda əsas diqqət Hizbullaha və müqavimət cəbhəsinin digər komponentlərinə dəstək göstərilməsinə yönəlib.

Qaani həmçinin bildirib ki, tarix göstərir, İsrail son onilliklər ərzində məqsədlərinə çatmaq üçün başladığı heç bir müharibəni uğurla başa vura bilməyib. O, Cənubi Livandakı hadisələri də bu prosesin davamı kimi qiymətləndirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki