image-1backend

“Gülsüm Əliyevanın heç bir tibbi təhsili yoxdur” – Qənirə Ataşova

image-ads-728x90

Son dövrlərdə ölkə səhiyyəsində tibbi təhsili olmayan şəxslərin həkim kimi fəaliyyət göstərməsi ilə bağlı iddialar yenidən gündəmə gəlib. Müxtəlif vaxtlarda belə hallara dair məlumatlar yayılsa da, ictimai narahatlıqların davam etdiyi bildirilir.

Uzun müddətdir ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova bu istiqamətdə araşdırmalar apararaq diplomu olmayan və ya qanunsuz tibbi fəaliyyət göstərdiyi iddia edilən şəxslərlə bağlı siyahılar paylaşır.

Jurnalist bu dəfə Gülsüm Əliyeva adlı şəxslə bağlı iddialar irəli sürüb. Onun sözlərinə görə, həmin şəxsin həkim diplomu olmadan cərrahi əməliyyatlar apardığını göstərən video sübutlar mövcuddur. İddialarda qeyd olunur ki, Gülsüm Əliyevanın tibbi təhsili yoxdur və o, karyerasına Respublika xəstəxanasında baş həkimin katibəsi kimi başlayıb, daha sonra isə cərrahiyyə sahəsində fəaliyyətə keçib.

Paylaşılan məlumatlarda onun tibbi müdaxilələr həyata keçirdiyi iddia olunan görüntülərin ciddi narahatlıq doğurduğu vurğulanır.

Bu məsələ ilə bağlı ictimaiyyət aidiyyəti qurumlara – Azərbaycan Baş ProkurorluğuAzərbaycan Səhiyyə Nazirliyi müraciət edərək rəsmi açıqlama verilməsini tələb edir.

Cəmiyyətin gözləntisi ondan ibarətdir ki, həmin şəxsin tibbi təhsili və fəaliyyət hüququ olub-olmaması dəqiqləşdirilsin, əgər iddialar öz təsdiqini tapırsa, qanunvericiliyə uyğun tədbirlər görülsün, əks halda isə məsələ ilə bağlı rəsmi və şəffaf açıqlama verilsin.

Qeyd olunur ki, insan sağlamlığına birbaşa təsir edən bu kimi iddiaların ciddi şəkildə araşdırılması və nəticələrin ictimaiyyətə açıqlanması vacibdir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki