Xəbər verdiyimiz kimi deputat Günay Ağamalının “uşaqpulu məsələsi gündəliyə gələrsə və tətbiq olunarsa, bu, valideynlərdə müəyyən asılılıq və ya tənbəllik yarada bilər” fikirləri cəmiyyətdə narazılıqla qarşılanıb. Sosial şəbəkə istifadəçiləri və ictimaiyyət nümayəndələri deputatın açıqlamasını tənqid ediblər.
Məsələ ilə bağlı “Sitat.info”ya danışan Hafiz Hacıyev deputatın çıxışına sərt reaksiya verib.
O bildirib ki, bəzi deputatlar hökumət əleyhinə kampaniya aparırlar:
“Günay Ağamalı çox böyük səhvə yol verib. Deputatın bu açıqlaması utancvericidir. Bir vaxtlar Sayad Aran camaatı qızışdırırdı, indi də belə açıqlamalar verilir. Ramiz Mehdiyev zərərsizləşdiriləndən sonra 5-ci kolon yenidən fəallaşıb. Azərbaycanda əhalinin sayı azalır. Belə mənasız fikirlər səsləndirmək düzgün deyil. Uşaqpulu veriləndə insanlar niyə tənbəlləşsin ki?”
Məsələ ilə bağlı deputat Günay Ağamalı ilə əlaqə saxlamağa çaışsaq da, zənglərimiz cavabsız qaldı.





















