image-1backend

Gürcüstan XİN rəhbəri: “Hazırda Avropa İttifaqı ilə Gürcüstan arasında dialoq dayandırılıb”

image-ads-728x90

Korrekt.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili açıqlama verib.

Nazirin sözlərinə görə, Gürcüstan heç vaxt dialoqdan imtina etməyib və Brüsseldən hazır olma siqnalı gələcəyi halda lazım olan addımlar atılacaq:

“Biz heç vaxt dialoqdan imtina etməmişik. Qarşı tərəf hazır olduqda, biz də lazım olanı edəcəyik. Bu gün Aİ Gürcüstanla dialoqu dayandırıb”, – deyə Boçorişvili jurnalistlərə açıqlamasında bildirib.

O, həmçinin qeyd edib ki, 2024-cü ilin iyununda Aİ Şurası Gürcüstanla dialoqun dayandırılması barədə qərar qəbul edib və hazırkı vəziyyət məhz bu qərarla bağlıdır.

Nazir jurnalistin sualına cavabında əlavə edib ki, Gürcüstanın Aİ ilə danışıqları “dayandırması” ilə bağlı iddialar doğru deyil, çünki danışıqlar ümumiyyətlə açılmayıb.

Boçorişvili həmçinin Aİ ilə münasibətlərin “çətin mərhələdə” olmasını Brüssel bürokratiyasının yanaşması ilə izah edib və bildirib ki, münasibətlərin normallaşması üçün qarşılıqlı hörmətə əsaslanan yanaşma vacibdir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki