image-messenger_creation_dbe50355-f9b6-40c2-b58b-497eaad8cdccbackend

Həkimlərin Peşə Bayramı münasibətilə əməkdaşlıq əlaqələri genişlənir: yeni təşəbbüslər və birgə layihələr müzakirə olunub

image-ads-728x90
17 iyun – Tibb İşçilərinin Peşə Bayramı münasibətilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda xüsusi təqdimat və görüş keçirilib.

Newscenter.az xəbər verir ki, tədbir çərçivəsində Qlobal Həmrəylik Şurasının təşəbbüsü və David Seliverstovun dəstəyi ilə İnstituta mükafat xarakterli nəqliyyat vasitəsinin təqdimatı həyata keçirilib. Təqdimat mərasimində David Seliverstovun baş müşaviri Roman Şeydayev də iştirak edib.

Qeyd olunub ki, bir müddət əvvəl Qlobal Həmrəylik Şurası ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumun əsas məqsədi tibb işçilərinin peşə hazırlığının və ixtisasartırma imkanlarının genişləndirilməsi, müasir texnologiyaların tətbiqi, elmi-praktik əməkdaşlığın inkişaf etdirilməsi və əhalinin sağlamlığının qorunmasına yönəlmiş birgə layihələrin həyata keçirilməsidir.

Tədbirdə çıxış edən tərəflər səhiyyə sahəsində innovativ yanaşmaların tətbiqinin vacibliyini vurğulayaraq, süni intellekt texnologiyalarının tibbi təhsil, profilaktika, səhiyyə idarəçiliyi və xidmət keyfiyyətinin artırılması istiqamətlərində geniş imkanlar yaratdığını bildiriblər.
Eyni zamanda əhalinin sağlam həyat tərzinin təşviqi, profilaktik tədbirlərin gücləndirilməsi, maarifləndirmə proqramlarının hazırlanması və sosial əhəmiyyətli layihələrin həyata keçirilməsi ilə bağlı yeni təşəbbüslər müzakirə olunub.

Təqdim olunan nəqliyyat vasitəsinin institutun fəaliyyətində və birgə layihələrin icrasında əlavə imkanlar yaradacağı, əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyi qeyd edilib.

Tərəflər vurğulayıblar ki, həkimlərin peşəkarlığının artırılması, səhiyyədə innovasiyaların tətbiqi və vətəndaşların sağlamlığının qorunması dövlət və cəmiyyət üçün strateji əhəmiyyət daşıyan prioritet istiqamətlərdir.
Tədbirin sonunda bildirilib ki, Qlobal Həmrəylik Şurası ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu arasında əməkdaşlıq gələcəkdə daha genişmiqyaslı layihələr, beynəlxalq təcrübə mübadiləsi və innovativ səhiyyə proqramları ilə davam etdiriləcək.
Həkimə verilən dəyər insan sağlamlığına verilən dəyərdir. Sağlam cəmiyyət isə elm, texnologiya və insan həmrəyliyinin vəhdəti üzərində qurulur.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki