image-xx8yzwdfcnlcupspbackend

Hörmüz boğazının bağlanması Türkiyə iqtisadiyyatına 13,6 milyard dollardan 24 milyard dollara qədər ziyan vura bilər

image-ads-728x90

Korrekt.az xəbər verir ki, Türkiyənin enerji naziri Alparslan Bayraktar bildirib ki, Hörmüz boğazının bağlanması ilə bağlı Türkiyənin əlavə xərcləri neftin qiymətindən asılı olaraq 13,6 milyard dollardan 24 milyard dollara qədər dəyişə bilər.

“Böhran bizə aşağıdakı kimi təsir göstərə bilər: əgər neftin qiyməti orta hesabla 100 dollar (bir barel üçün) səviyyəsində qalarsa, ilin sonuna qədər bu, əlavə 13,6 milyard dollar xərc demək olacaq. Əgər qiymət 125 dollara çatarsa, xərclər 24 milyard dollar təşkil edəcək. Bunlar əlavə xərclərdir”, – deyə nazir jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Hörmüz boğazındakı böhran nəticəsində Türkiyə dövlət xəzinəsi təxminən 600 milyard türk lirəsi (təxminən 13,3 milyard dollar) vergi itkisi ilə üzləşə bilər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki