image-1backend

İcra başçısının sürücüsü qəzada öldü – VİDEO, FOTO

image-ads-728x90

Zaqatalada ağır yol qəzası baş verib.

Korrekt.az lent.az-a istinadən xəbər verir ki, hadisə Zaqatala-Qax yolunun rayonun Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı “Opel” və “VAZ 2199” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ”ın sürücüsü Laçın Hacıyev hadisə yerində ölüb, bir neçə nəfər isə yaralanıb.

Məlumata görə, qəzada ölən şəxs Zaqatalanın icra başçısının sürücüsüdür.

Faktla bağlı araşdırma aparılır.

Laçın Hacıyevin fotosunu və qəza yerindən görüntüləri təqdim edirik: 



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki