image-64e49c759713a213f11d4ab620aeb24bbackend

İki xidmətçisini yeyən kral – Xəzinəni boşaltmışdı

image-ads-728x90

140 il əvvəl müəmmalı şəkildə ölən Bavariya kralı II Lüdviq haqqında yayılan xəbərlər yenidən gündəmə gəlib.

Korrekt.az xəbər verir ki, II Lüdviq qeyri-adi davranışları və dövlət xəzinəsini boşaldan dəbdəbəli qəsrlərin tikintisinə böyük vəsait xərcləməsi ilə tanınırdı. Onun ölkə idarəçiliyində passiv olduğu və şəxsi həyatı ilə bağlı müxtəlif iddialar da uzun illər müzakirə mövzusu olub.

Kralın həyatı ətrafında çoxsaylı xəbərlər dolaşırdı. Onlardan biri də şəhərdə imperatorun iki xidmətçisini yediyi barədə şayiənin yayılması idi.

Tarixçilərin fikrincə, II Lüdviqin tikdirdiyi Noyşvanştayn, Linderhof və Herrenximzee qəsrləri sonradan Almaniyanın ən məşhur turizm məkanlarına çevrilib. Bununla yanaşı, müasir araşdırmalarda onun dövlət xəzinəsini deyil, əsasən şəxsi vəsaitini və götürdüyü iri borcları bu layihələrə yönəltdiyi, məhz artan borcların saray daxilində siyasi böhran yaratdığı qeyd olunur.

1886-cı il iyunun 12-də II Lüdviq hakimiyyətdən uzaqlaşdırılıb, ertəsi gün isə həkimi Bernhard fon Quddenlə birlikdə Ştarnberq gölünün sahilində ölü tapılıb. Rəsmi versiyada ölümün boğulma nəticəsində baş verdiyi bildirilsə də, hadisənin intihar, qətl və ya uğursuz qaçış cəhdi olması barədə mübahisələr bu günə qədər davam edir.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki