image-2backend

İqtisadçı ekspert: Paşinyanın ordu ilə bağlı açıqlamaları seçkiöncəsi blefdir

image-ads-728x90

“Ermənistanda ordunun guya gücləndirilməsi ilə bağlı yayılan məlumatlar reallıqdan uzaqdır və daha çox şou xarakteri daşıyır.”-  bu fikirləri saytımıza açıqlamasında açıq iqtisadiyyat üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Arzuman Muradlı bildirib.

image-1

Ekspertin sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın orduya veriləcək maaşlarla bağlı səsləndirdiyi vədləri hökumətin icra etmək imkanları yoxdur.

Arzuman Muradlı qeyd edib ki, bu açıqlamalar seçkilər ərəfəsində verilmiş açıq-aşkar blefdir.

Onun fikrincə, Ermənistanın iqtisadi potensialı son dərəcə zəif vəziyyətdədir və bunu istənilən prizmadan baxdıqda görmək mümkündür:

“Ermənistan faktiki olaraq blokada şəraitindədir. Türkiyə ilə sərhədlər bağlıdır, İrana qarşı ciddi sanksiyalar tətbiq olunur və bu ölkə ilə normal ticarət imkanları yoxdur. Rusiya ilə də əvvəlki səviyyədə iqtisadi əlaqələr mümkün deyil.”

Arzuman Muradlı vurğulayıb ki, mövcud vəziyyətdə Ermənistan üçün yeganə çıxış yolu Qərb, xüsusilə də Tramp administrasiyası ilə əlaqələndirilən marşrutdur.

Paşinyan da bunu anlayır və seçkilərdə qələbə qazanmaqla siyasi mövqeyini qorumağa çalışır.

Ekspert əlavə edib ki, Paşinyanın ordu maaşları ilə bağlı çıxışları sırf seçkiöncəsi təbliğat məqsədi daşıyır:

“Paşinyanın nə yeni ordu qurmaq, nə də ordunu real şəkildə gücləndirmək üçün kifayət qədər resursu yoxdur. Buna görə də bu cür bəyanatlar daxili auditoriyaya hesablanmış populist addımlardır.”

Arzuman Muradlının sözlərinə görə, Ermənistan ordusunun gücləndirilməsi ilə bağlı səsləndirilən iddialar regionda sabitliyə və ya təhlükəsizlik balansına real təsir göstərə biləcək mahiyyətdə deyil.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki