image-1backend

İran danışıqlardan imtina etdi

image-ads-728x90

İran mediası xəbər verir ki, rəsmi Tehran ABŞ ilə planlaşdırılan danışıqların ikinci mərhələsində iştirakdan imtina edib. Korrekt.az xəbər verir ki,  qərar Vaşinqtonun “həddindən artıq tələbləri”, “qeyri-real gözləntiləri” və “daim dəyişən mövqeyi” ilə əlaqədar verilib.

Bildirilib ki, Pakistanda keçirilməsi nəzərdə tutulan görüşə İran tərəfi nümayəndə heyəti göndərməyəcək. İran mediası hökumətin bu addımını həmçinin ABŞ-ın tətbiq etdiyi və Tehranın “atəşkəsin pozulması” kimi qiymətləndirdiyi dəniz blokadası ilə əsaslandırır.

Xatırladılır ki, daha əvvəl də İran tərəfi ABŞ-ın Hörmüz boğazında yaratdığı vəziyyət səbəbindən danışıqlarla bağlı yekun qərar vermədiyini açıqlamışdı.

Mediada yer alan digər məlumatda isə qeyd olunur ki, İran nümayəndə heyəti ABŞ-ın tətbiq etdiyi dəniz blokadası qüvvədə qaldığı müddətdə hər hansı danışıqların aparılmasını mümkün saymır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki