İran Prezidenti Məsud Pezeşkian ayətullah Şübeyri Zəncani ilə görüşündə ölkənin Qətərdə dondurulmuş 6 milyard dollarının blokdan çıxarılması ilə bağlı məlumatları təsdiqləyib.
Korrekt.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
“Həyata keçirilən proqrama uyğun olaraq, İranın Qətərdəki 12 milyard dollar məbləğində vəsaitindən 6 milyard dolları blokdan çıxarılacaq və ölkəyə daxil olacaq. Qalan vəsaitlərin qaytarılmasına gəldikdə isə, hazırda bunun üzərində iş aparılır”, – Pezeşkian bildirib.
Onun sözlərinə görə, hökumət eyni zamanda iqtisadiyyatın bərpası və əhaliyə dəstək proqramlarının icrasını davam etdirir.





















