image-1backend

İran Hörmüz boğazında nəzarəti tam ələ keçirdi

image-ads-728x90

İran Hörmüz boğazında nəzarəti sərtləşdirib və iki gəmini ələ keçirib.

“Reuters“ xəbər verir ki, bu addım ABŞ Prezidenti Donald Trampın hücumların qeyri-müəyyən müddətə dayandırıldığını elan etməsindən sonra atılıb.

Qeyd edək ki, iki həftə əvvəl əldə olunmuş atəşkəsin müddətinin bitməsinə baxmayaraq, onun uzadılıb-uzadılmadığı qeyri-müəyyən olaraq qalır.

Tramp administrasiyası atəşkəsi uzatmaq niyyətini açıqlasa da, İran rəsmiləri bu qərarla razılaşdıqlarını təsdiqləməyiblər.

Xatırladaq ki, Tehran ABŞ-nin İranın dəniz ticarətinə qarşı tətbiq etdiyi blokadanı tənqid edib və bunun müharibə aktı kimi qiymətləndirildiyini bildirib. İran parlamentinin sədri Mohammad Baqer Qalibaf qeyd edib ki, blokada aradan qaldırılmadan tam atəşkəs mümkün deyil.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki