image-1backend

İran Hörmüz boğazından ildə 15 milyard dollar qazanacaq

image-ads-728x90

İran yeni qaydalara əsasən Hörmüz boğazından ildə 15 milyard dollar qazanacaq
İran Hörmüz boğazına nəzarət etməklə ildə 15 milyard dollara qədər gəlir əldə etməyi planlaşdırır.

Korrekt.az ISNA xəbər agentliyinə istinadən xəbər verir ki, bu hesablamalar ölkənin parlament sədrliyinin üzvü tərəfindən edilib. Onun sözlərinə görə, Hörmüz boğazından keçən gəmiçilik fəaliyyətinin idarə olunması və tənzimlənməsindən əldə edilən gəlir 10-15 milyard dollar təşkil edə bilər.

Tehran vurğulayır ki, bu strateji marşrut üzərində nəzarətin gücləndirilməsi milli valyuta olan rialın möhkəmlənməsinə töhfə verməlidir.

Eyni zamanda, İran hakimiyyəti gəmilərin keçidinə mane olmaq və ya boğazdan təzyiq vasitəsi kimi istifadə etmək əvəzinə, gəmiçiliyin tənzimləyicisi kimi çıxış etmək niyyətini açıqlayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki