Tehran və Vaşinqton arasında İslamabadda imzalanan anlaşma memorandumuna əsasən, Hörmüz boğazının minalardan təmizlənməsi yalnız İran tərəfindən həyata keçirilməlidir.
Korrekt.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi Fransa prezidenti Emmanuel Makronun bu mövzu ilə bağlı şərhlərinə cavab olaraq bildirib.
İran xarici işlər nazirinin müavini bildirib ki, “Vəziyyət həssas və çətindir və biz Fransaya təxribatlarla vəziyyəti daha da mürəkkəbləşdirməməyi məsləhət görürük”.
Emmanuel Makron Fransada Oman sultanı ilə görüşdən sonra bildirib ki, iki ölkə Hörmüz boğazında dəniz yollarını və sərbəst və qeyd-şərtsiz hərəkəti təmin etmək üçün boğazı minalardan təmizləmək üçün tərəfdaşları ilə birgə işləmək qərarına gəliblər.





















