İslam Respublikası etirazların yatırılması fonunda saxlanılanlarla bağlı yeni rəqəmlər açıqlayıb. Korrekt.az xəbər verir ki, SEPAH-a bağlı “Tasnim News” agentliyi Yəzd əyalətində keçirilən aksiyalar zamanı 139 xarici vətəndaşın həbs edildiyini bildirib.
Agentlik etirazları “iğtişaş” adlandıraraq iddia edib ki, saxlanılan şəxslər sosial vəziyyətdən sui-istifadə edərək aksiyaların təşkilində və istiqamətləndirilməsində iştirak ediblər. Onların guya xaricdəki şəbəkələrlə əlaqə saxladıqları da irəli sürülüb.
Qeyd edək ki, bu cür açıqlamalarla İslam Respublikası kütləvi həbslərə bəraət qazandırmağa və etirazların daxili səbəblərini gizlətməyə çalışır.





















