image-1backend

İranda polis patruluna silahlı hücum: iki əməkdaş öldürüldü

image-ads-728x90

İranın Sistan və Bəluçistan əyalətində polis patrul avtomobilinə silahlı hücum edilib.

Korrekt.az xəbər verir ki, əyalət polisinin məlumatına görə, naməlum silahlı şəxslər Bəmpur və İranşəhr şəhərləri arasındakı yolda polis patruluna atəş açıblar. Hücum nəticəsində iki polis əməkdaşı həyatını itirib.

Həlak olan polis əməkdaşlarının Əmirhüseyn Qasımi və Nizam Dəstgüşadə olduğu bildirilib. “Mizan” xəbər agentliyinin məlumatına görə, hər iki polis əməkdaşı Mazandaran əyalətindəndir.

İran polisi hücum edən şəxslərin müəyyənləşdirilməsi və saxlanılması məqsədilə bölgədə əməliyyata başlayıb.

Qeyd olunur ki, son iki ay ərzində Sistan və Bəluçistanın cənubunda polis və İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) əməkdaşları ilə silahlı qruplar arasında toqquşmaların sayı artıb.

Hadisənin təfərrüatları və hücumun arxasında hansı qrupun dayandığı hələlik açıqlanmayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki