image-1backend

İranda təyyarələrin uçuşu qadağan edildi: Bu tarixdə…

image-ads-728x90

İran Hava Limanları və Hava Naviqasiyası Şirkəti İslam Respublikasının mərhum lideri Əli Xameneiyə həsr olunmuş vida mərasimləri ilə əlaqədar ölkənin hava nəqliyyatı sistemində müvəqqəti məhdudiyyətlər tətbiq olunacağını açıqlayıb.

Korrekt.az xəbər verir ki, qurumun yaydığı bəyanata əsasən, məhdudiyyətlər İran Mülki Aviasiya Təşkilatı tərəfindən təsdiqlənmiş hava hərəkətinin idarə olunması planı çərçivəsində həyata keçiriləcək.

Tehranın Mehrabad hava limanında 3 və 6 iyul tarixlərində bütün uçuşlar dayandırılacaq. Hava limanı 4, 5, 7 və 8 iyul tarixlərində isə məhdud fəaliyyət göstərəcək.

Eyni zamanda, Məşhəd beynəlxalq hava limanında 8 iyul tarixində uçuşlara müəyyən məhdudiyyətlər tətbiq ediləcək, 9 iyul tarixində isə hava limanının fəaliyyəti tamamilə dayandırılacaq. Həmin günlərdə Qum əyalətinin hava məkanında da uçuşlara məhdudiyyətlər qoyulacaq.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki