image-1backend

 İranın  Avstriyadakı səfiri ölkəsindən üz döndərdi

image-ads-728x90

Korrekt.az xəbər verir ki, bu gün Avstriyadakı İran səfirliyinin müvəqqəti işlər vəkili Qulamrza Derikvənd missiyasını tərk edərək İsveçrəyə sığınıb.

Bildirilib ki, İran İslam Respublikasının Xarici İşlər Nazirliyi məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Nazirlik əməkdaşlarının isə bu diplomat barədə danışmaqdan yayınaraq ya məlumatsız olduqlarını, ya da İran kəşfiyyat orqanlarından qorxduqlarını əsas gətirdikləri qeyd olunur.

Qulamrza Derikvənd daha əvvəl, 2011–2014-cü illərdə İranın Çexiyadakı səfirliyində də müvəqqəti işlər vəkili vəzifəsində çalışıb. Onun həmkarlarının sözlərinə görə, diplomatik təcrübəsi və karyera yolu nəzərə alınsa, Xarici İşlər Nazirliyində fəaliyyətini davam etdirdiyi təqdirdə səfir rütbəsinə yüksəlmək ehtimalı yüksək idi.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki