image-1backend

İranın haker qrupu  İsraildə qalmaqal yaratdı

image-ads-728x90

İsrailin kibertəhlükəsizlik şirkəti Check Point 2026-cı ilin əvvəlindən etibarən İsrail dövlət qurumlarını və İT şirkətlərini hədəf alan “Cavern Manticore” adlı yeni haker qrupunun fəaliyyətini açıqlayıb.

Korrekt.az xəbər verir ki, şirkətin tədqiqatçılarına görə, qrup qanuni uzaqdan idarəetmə və proqram yeniləmə vasitələrindən istifadə edərək şəbəkələrə gizli şəkildə daxil olmağa imkan verən mürəkkəb modul infrastrukturdan yararlanır. Hücumların əsas hədəfləri dövlət qurumları və informasiya texnologiyaları xidmətləri göstərən şirkətlər olub.

Check Point bildirib ki, Cavern Manticore-un istifadə etdiyi üsullar əvvəllər İranın ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyi ilə əlaqələndirilən MuddyWater və Lyceum haker qruplarının metodlarına bənzəyir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki