“The Wall Street Journal” qəzetinin ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp müşavirlərinə İranın uzunmüddətli blokadasına hazırlaşmaq tapşırığı verib.
Nəşr bildirir ki, “Tramp müşavirlərinə İranın uzunmüddətli blokadasına hazırlaşmaq tapşırığı verib… Son görüşlər və müzakirələr zamanı Tramp gəmilərin İran limanlarına girib-çıxmasının qarşısını almaqla İran iqtisadiyyatına və neft ixracına təzyiqi davam etdirmək qərarına gəlib”.
Rəsmilərin sözlərinə görə, Tramp blokadanı davam etdirməkdənsə, bombardmanı bərpa etmək və ya münaqişədən çıxmaq kimi digər variantları daha riskli hesab edib.
Ağ Evin mətbuat katibinin müavini Anna Kelli qəzetə bildirib ki, sanksiyalar sayəsində ABŞ-ın guya İran hakimiyyəti üzərində “maksimum təsir”i var və Tramp yalnız ABŞ-ın milli təhlükəsizliyini təmin edəcək bir razılaşmanı qəbul edəcək.





















