“Qonşu ölkələr bizimlə dostdurlar. Lakin onların ərazisi, hava məkanı və ya suları İrana qarşı istifadə olunarsa, onlar düşmən dövlətlər kimi qəbul ediləcəklər. Bizim ən yaxın qonşumuz Azərbaycan və Ermənistandır. Həmçinin Türkiyəyə də məlumat verilib.” – Korrekt.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəniz qüvvələrinin komandanı Əlirza Təngsiri məlumat verib.
Onun sözləri İran mediası tərəfindən sitat gətirilib.
Tangsirinin sözlərinə görə, bu mesaj artıq bölgədəki tərəflərə çatdırılıb.





















