image-1backend

İranlı millət vəkili xalqı təhqir etdi: “İran xalqı nankordur” 

image-ads-728x90

İran parlamentinin radikal mühafizəkar üzvü Həmid Rəsayi ölkədəki iqtisadi durumdan narazılıq edən vətəndaşları tənqid edib və İran xalqını “nankor” adlandırıb.

Korrekt.az xəbər verir ki, insanların inflyasiya, bahalaşma və iqtisadi problemlərdən şikayətlənməsinə toxunan hökumət mollası, vətəndaşların mövcud vəziyyətdən niyə narazı olduqlarını sorğulayıb.

Rəsayi bildirib ki, insanların ölkədəki vəziyyəti daha düzgün dəyərləndirməsi üçün başqa ölkələrə səfər etməsi və oradakı yaşayış şəraiti ilə tanış olması lazımdır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki