image-hqdefaultbackend

İsrail İranı kosmosdan vuracaq -The Jerusalem Post

image-ads-728x90

İsrail kosmosdan Yer səthindəki hədəfləri vurmaq imkanına malik yeni nəsil lazer silahı hazırlayır.

Korrekt.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri açıqlama verib.

Nazirin sözlərinə görə, layihənin həyata keçirilməsi üçün hazırda bu sahənin ən qabaqcıl mütəxəssisləri cəlb olunub. O bildirib ki, layihə uğurla başa çatarsa, İsrail lazer silahları sahəsində dünyanın aparıcı ölkəsinə çevriləcək.

İsrail tərəfi hesab edir ki, belə bir silahın hazırlanması ölkəyə çəkindirmə imkanlarını gücləndirmək, hücum əməliyyatlarında üstünlük əldə etmək və düşmənin müxtəlif növ hədəflərini daha effektiv şəkildə məhv etmək baxımından mühüm üstünlüklər qazandıracaq.

The Jerusalem Post nəşri yazır ki, İsrail artıq lazer silahları sahəsində qabaqcıl dövlətlərdən biri hesab olunur. Buna nümunə olaraq İsrail Müdafiə Qüvvələri və Rafael Advanced Defense Systems şirkəti tərəfindən hazırlanmış Iron Beam (“Dəmir Şüa”) lazer hava hücumundan müdafiə sistemi göstərilir.

Bu sistem 10 kilometrədək məsafədə raketləri, pilotsuz uçuş aparatlarını və digər hava hədəflərini aşkarlayıb məhv etmək üçün nəzərdə tutulub. “Iron Beam” ötən ilin sonundan etibarən İsrail ordusunun silahlanmasına daxil edilib.

Nəşrin məlumatına görə, İsrail hazırda hərbi təyyarələrə inteqrasiya oluna biləcək yeni lazer sistemi də hazırlayır. Bu texnologiya döyüş təyyarələrinə raket silahları ilə yanaşı, lazer vasitəsilə də hədəflərə zərbə endirmək imkanı verəcək.

Layihənin texniki detalları və istifadəyə veriləcəyi tarix hələlik açıqlanmayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki