image-1backend

İsrail: “ İranın xarici terror şəbəkəsinə zərbə vurulub”

image-ads-728x90

İsrail təhlükəsizlik qurumları İslam Respublikasına qarşı son hərbi və kəşfiyyat əməliyyatlarından sonra İranın xaricdə yüksək vəzifəli İsrail rəsmilərini və strateji infrastrukturu hədəf alan şəbəkəsinin ciddi şəkildə zədələndiyini açıqlayıb.

Mossad, İsrail ordusu və Baş Təhlükəsizlik Xidməti (ŞABAK) birgə bəyanat yayaraq SEPAH daxilində geniş və gizli “terrorçu şəbəkənin” ifşa edildiyini bildirib.

Məlumata görə, İsrail qüvvələri bir neçə həftə əvvəl Azərbaycanda strateji hədəflərə hücum planlaşdıran qrupun dağıdıldığını açıqlayıb. Bildirilir ki, şəbəkənin əsas məqsədi Bakı–Tbilisi–Ceyhan neft kəmərini məhv etmək olub.

İsrail səfirliyi, Bakı sinaqoqu və yəhudi icmasının liderləri də daxil olmaqla bir sıra yəhudi hədəflərinin siyahıda olduğu qeyd olunur. İsrail tərəfi açıqlayıb ki, Azərbaycan təhlükəsizlik qüvvələri şəbəkə üzvlərini saxlayıb və İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dronlar və partlayıcı maddələri ələ keçirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki