İsrail ordusuna İranla mümkün hərbi əməliyyata hazırlıq göstərişi verilib.
İsrailin Müdaifə naziri Israel Katz bildirib ki, İsrail ordusuna İran ərazisinə qarşı mümkün müstəqil hərbi əməliyyata tam hazırlıq vəziyyətinə gətirilmək tapşırılıb. Onun sözlərinə görə, hərbi qüvvələr yalnız siyasi rəhbərliyin verəcəyi əmri gözləyir.
Korrekt.az Azadlıq radiosuna istinadən xəbər verir ki, Katz xəbərdarlıq edib ki, əgər İsrail ərazisinə İran tərəfindən raket hücumu həyata keçirilərsə, buna “dağıdıcı” cavab veriləcək. O, belə bir ssenarinin reallaşacağı halda qısa müddətdə İsrail ilə İran arasında açıq hərbi qarşıdurmanın baş verə biləcəyini istisna etməyib.





















