image-1backend

Kəndlərin inkişafı və aqrar islahatlar dövlət siyasətinin mühüm prioritetidir – Tənzilə Rüstəmxanlı

image-ads-728x90

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə bir daha göstərdi ki, ölkəmizdə aqrar sektorun inkişafı strateji dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

media-57e5eb3f-cbc9-46aa-b51e-14ac9b987c2f

Bu müşavirə Azərbaycanın gələcək onilliklər üçün qeyri-neft sektorunun dayanıqlı inkişaf xəritəsinin müəyyənləşdirilməsi baxımından da son dərəcə mühüm hadisədir. Son illərdə bu sahədə inkişaf göz önündədir.

Ölkə başçısının rəhbərliyi ilə aqrar sektorun inkişafı üçün müxtəlif tədbirlər həyata keçirilir. Bu sahəyə maliyyə dəstəyinin verilməsi, innovativ tədbirlərin həyata keçirilməsi diqqət mərkəzindədir. Məhz bu infrastruktur siyasəti nəticəsində kənd təsərrüfatı artıq yalnız sosial sahə deyil, iqtisadi artımın əsas istiqamətlərindən birinə çevrilir.

Eyni zamanda dövlət başçısının kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi tezislər və “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” ölkənin iqtisadi siyasətində yeni mərhələnin başlanğıcını nümayiş etdirir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, məqsəd kəndlərdən şəhərlərə axının qarşısını almaq və əksinə, şəhərdən kəndlərə qayıdış üçün şərait yaratmaqdır. Bu isə yalnız aqrar istehsalla deyil, kəndlərdə sosial infrastrukturun, xidmət sektorunun, təhsil və səhiyyə sisteminin inkişafı ilə mümkündür.

Son illərdə regionlarda minlərlə məktəbin tikilməsi, müasir xəstəxanaların istifadəyə verilməsi və yeni məşğulluq imkanlarının yaradılması bu siyasətin praktiki nəticələridir. Azad edilmiş ərazilərdə həyata keçirilən su və aqrar infrastruktur layihələri kənd təsərrüfatının yeni inkişaf mərhələsinin əsas istiqamətlərindən biridir.

Prezidentin müşavirədə səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycanın aqrar sahədə əldə etdiyi nailiyyətlər təsadüfi deyil, uzunmüddətli və ardıcıl dövlət siyasətinin nəticəsidir.

Regional inkişaf proqramları vasitəsilə yaradılmış infrastruktur və iqtisadi baza bu gün kənd təsərrüfatının dayanıqlı inkişafına, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və regionların sosial rifahının yüksəldilməsinə xidmət edir. Bu siyasət gələcək illərdə də kənd təsərrüfatının modernləşdirilməsi və rəqabət qabiliyyətinin artırılması üçün möhkəm zəmin yaradır.

Müşavirədə müəyyənləşdirilən hədəflər və verilən tapşırıqlar kənd təsərrüfatının müasir çağırışlara uyğun inkişafını təmin etməklə yanaşı, ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, regionların sosial-iqtisadi tərəqqisinin sürətlənməsinə və qeyri-neft sektorunun dayanıqlı inkişafına xidmət edəcək.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki