image-1backend

“Kərki Azərbaycana veriləcək, ona görə həbs edirlər” – Köçəryan və oğlunun işi İrəvanı qarışdırdı

image-ads-728x90

İrəvanda məhkəmə Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın böyük oğlu Sedrak Köçəryan barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxmağa başlayır.

Məhkəmə binasının qarşısında Robert Köçəryanın kiçik oğlu, deputat Levon Köçəryan, “Ermənistan” fraksiyasının digər nümayəndələri və keçmiş prezidentin tərəfdarları toplaşıblar.

Levon Köçəryan jurnalistlərə bildirib ki, Sedrak Köçəryanla bağlı cinayət işi tamamilə saxtalaşdırılıb və birbaşa Nikol Paşinyanın göstərişi ilə başladılıb.

Deputatın sözlərinə görə, Ermənistan hakimiyyəti Avropa İttifaqı ilə yaxınlaşma kursu elan etsə də, ölkə daxilində repressiv aparatdan fəal şəkildə istifadə edir. O bildirib ki, baş nazir postunu tutan şəxs məhkəmə hakimiyyətinə öz siyasi rəqiblərini həbs etmək barədə göstəriş verir.

“Mən bilmirəm, bu hakimiyyətin avropalı tərəfdaşları baş verənləri izləyirlərmi və bütün bunlar barədə nə düşünürlər”, – Levon Köçəryan əlavə edib.

“Ermənistan” fraksiyasının rəhbəri Anna Qriqoryan isə Robert Köçəryan və onun oğluna qarşı cinayət təqibinin hakimiyyətin cəmiyyətdə diqqəti ordudakı fəlakətli vəziyyətdən və Azərbaycana qarşıdakı güzəştlərdən yayındırmaq vasitəsi olduğunu bildirib.

Anna Qriqoryan məhkəmə binasının qarşısında jurnalistlərə deyib ki, Nikol Paşinyan hakimiyyətin səhvləri barədə danışa və ya hakimiyyətin qəbul etməyə hazırlaşdığı ağır qərarlara mane ola biləcək rəqiblərini neytrallaşdırmağa çalışır.

O, buna nümunə kimi Kərki məsələsini göstərib.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki